“Barselona” bu həftə futbolçusu ilə yeni müqavilə bağlayacaq

“Barselona” bu həftə ispaniyalı yarımmüdafiəçisi ilə müqaviləni uzadacağını açıqlayacaq.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, söhbət Fermin Lopesdən gedir.

21 yaşlı futbolçunun sabah yeni müqaviləni imzalayacağı gözlənilir. Anlaşma 2028/29 mövsümünün sonuna kimi hesablanacaq.

Lopes “Barselona” akademiyasının yetirməsidir. O, “Barsa”nın əsas heyətində 48 rəsmi oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Kataloniya komandası hazırda İspaniya La Liqasında “Real”ı 6 xal qabaqlayaraq, turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button