“Barselona” “Yuventus”un futbolçusu ilə anlaşdı
“Barselona”nın “Yuventus”un futbolçusu Miralem Pyaniçi heyətinə qatmaq istədiyini xəbər vermişdik.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Pyaniç “Barselona”ya keçməyə razılaşıb. 30 yaşlı futbolçu ilə danışıqlar aparan katalonlar onunla şifahi razılıq əldə edib.
“Barselona”nın Pyaniçin əvəzində Arturu “qoca sinyora”ya təklif etdiyi deyilirdi. Son məumatlara görə, Arturun komandadan ayrılmasına müsbət yanaşmayan Kataloniya klubu, Pyaniçin transferi üçün İvan Rakitiç, Arturo Vidal və Nelson Semedo kimi futbolçuları danışıqlara daxil etmək fikrindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin