“Barselona” argentinalı üçün hərəkətə keçib

“Barselona” Xulian Alvaresi icarəyə götürmək üçün “Mançester Siti” ilə əlaqə saxlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın son dünya çempionuna start heyətdə yer verməməsindən yararlanmaq istəyir.

Futbolçunun özü də hazırkı durumdan narazıdır. O, icarə əsasında başqa klubda çıxış etmək istədiyini Mançester təmsilçisinin rəhbərliyinə bildirib.

Öncədən Alvareslə “İnter”in də maraqlandığı deyilirdi.

Argentinalı oyunçunun klubla cari müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2022/23 mövsümündə “Mançester Siti”nin heyətində 30 oyuna çıxıb, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button