“Barselona” portuqaliyalı üçün hərəkətə keçib
“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo karyerasını “Barselona”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun çalışdırıcısı Xavi 29 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. “Barsa” onun transferi ilə bağlı danışıqlara start verib.
Portuqaliyalı futbolçu 2022/23 mövsümünü icarə əsasında “Bayern”də keçirib. O, Münhen təmsilçisinin heyətində 21 oyuna çıxıb, bir qol vurub və altı məhsuldar ötürmə edib.
Kanselonun “şəhərlilər”lə sözləşməsi 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin