“Barselona” 60 milyon avro ödəməyə hazırdır – İngiltərəli futbolçu üçün
“Marsel”də çıxış edən ingiltərəli hücumçu Meyson Qrinvud İspaniya çempionatına keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Tribal Football” saytı məlumat yayıb.
“Barselona” 23 yaşlı futbolçunun xidmətində maraqlıdır. Kataloniya klubunun rəhbərliyi onun üçün 60 milyon avro ödəməyə hazırdır.
Qrinvud Fransa çempionatının cari mövsümündə 6 oyun keçirib, 5 qol vurub (biri penaltidən). O, yay transfer pəncərəsində “Mançester Yunayted”dən “Marsel”ə keçib. Onun transfer məbləği 26 milyon avro olub.
Qrinvudun hazırkı klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna kimi hesablanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin