“Barselona” niderlandlı üçün 100 milyon avro istəyir
“Barselona” yarımmüdafiəçi Frenki de Yonq üçün 100 milyon avro istəyir.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubu 25 yaşlı niderlandlının mümkün transferi ilə bağlı “Mançester Yunayted”lə danışıqlar aparıb.
“Barselona” yarımmüdafiəçini satmağa hazırdır, lakin bunu ucuz başa vurmaq fikrində deyil.
Kataloniyalılar de Yonqun transferinin əsas hissəyə və bonuslara bölünməsini müzakirə etməyə hazırdırlar, ümumilikdə məbləğ təxminən 100 milyon avro olmalıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin