“Barselona” 10 milyon avro təklif edib – İtaliyalı futbolçu üçün
“Yuventus”un vingeri Federiko Kyeza karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” italiyalı futbolçunun xidmətində maraqlıdır. Kataloniya klubunun rəhbərliyi onun üçün turinlilərə 10 milyon avro təklif edib.
Daha əvvəl məlum olmuşdu ki, Kyeza “Yuventus”un yeni məşqçilər heyətinin planlarına daxil deyil.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyasında 33 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin