“Barselona” onun transferində son mərhələyə çatıb

Danimarkanın “Kopenhagen” klubunda çıxış edən gənc vinger Runi Bardqi “Barselona”ya keçməyə çox yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 19 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib və razılaşma son mərhələyə çatıb.

Müqavilənin detallarının yaxın günlərdə tam razılaşdırılacağı gözlənilir. Bardqinin iyulda rəsmi olaraq “Barselona”ya qoşulması planlaşdırılır.

Mətbuatda yer alan əvvəlki məlumatlara görə, transferin dəyəri təxminən 2-3 milyon avro civarında ola bilər.

Bardqi 2024/25 mövsümündə “Kopenhagen”in heyətində bütün turnirlərdə 6 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button