
“Barselona” onun transferi üçün hər şey etməyə hazırdır
“Nyukasl”ın hücumçusu Aleksander Isak “Barselona”nın əsas transfer hədəfləri arasında qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu uzun müddətdir isveçli forvarda iddialılar arasındadır, ancaq maliyyə problemlərinə görə razılaşma çətin görünür.
“Barselona”nın skautları İsakı izləmək üçün “Nyukasl”ın “Vest Hem”lə son oyununda iştirak ediblər. Kataloniyalıların prezidenti Xuan Laporta onun istedadının böyük pərəstişkarıdır və yüksək profilli transferin baş tutması üçün mümkün olan hər şeyi etməyə hazırdır.
25 yaşlı futbolçu cari mövsümdə keçirdiyi 33 matçda 23 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin