
“Barselona” onu yaxın günlərdə qeydiyyatdan keçirəcək
“Barselona”nın qapıçısı Xuan Qarsiya yaxın vaxtlarda rəsmi olaraq qeydiyyatdan keçəcək.
Kataloniya klubu 24 yaşlı futbolçunu “Espanyol”dan iyunda alıb, ancaq La Liqa qaydaları səbəbindən qeydiyyat prosesi yalnız indi tamamlanır.
Komanda.az “Sport”-a istinadən xəbər ki, ispaniyalı qapıçı yaxın 4-5 gün ərzində qeydiyyatdan keçiriləcək.
Qarsiyanın transferi “Barselona”ya 25 milyon avroya başa gəlib. Onunla bağlanan müqavilənin müddəti 2031-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin