“Barselona”nın əsas transfer hədəfi odur

“Barselona” yay transfer pəncərəsində əsas hədəfini müəyyənləşdirib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu “Liverpul”un kolumbiyalı hücumçusu Luis Diasa maraq göstərir.

“Barselona” 27 yaşlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır. Mümkün transferin dəyəri təxminən 80 milyon avro qiymətləndirilir.

Dias 2022-ci ildən “Liverpul”da çıxış edir. O, cari mövsümdə 48 matçda iştirak edərək, 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button