
“Barselona” onu saxlamaqda qərarlıdır
İspaniyanın “Barselona” klubu futbolçusu Serxi Roberto ilə yeni müqavilə ilə bağlı danışıqlar aparacaq.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” Roberto ilə yeni müqavilə imzalaya bilər. Futbolçu və klub nümayəndələri gələn həftə görüşəcək.
“Barselona” ispaniyalı futbolçunu saxlamaqda qərarlıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin