“Barselona” futbolçusunu satmaqdan imtina edib

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes transfer pəncərəsinin son günündə komandanı tərk etməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı futbolçunu satmaqdan imtina edib. Furbolçunun özü də komandasını dəyişmək istəmədiyini bildirib.

Lopes bu mövsüm İspaniya çempionatının iki oyununda iştirak etsə də, heç bir qol vura bilməyib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button