“Barselona” futbolçusunu İtaliya klubuna satmaqdan imtina edib

“Barselona” qış transfer pəncərəsində sağ cinah müdafiəçisi Hektor Fortu satmaqdan imtina edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Komo” ispaniyalı futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır. İtaliya klubu yanvarda müdafiəçi üçün 8 milyon avro təklif etsə də, Kataloniya klubunun rəhbərliyi bundan imtina edib. Futbolçunun özünün də getmək fikri yoxdur.

18 yaşlı müdafiəçi bu mövsüm 13 oyuna çıxıb. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button