“Barselona”nın ümidi De Yonqadır

“Barselona” Frenki de Yonqla yollarını ayırmağa hazırdır.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, kataloniyalılar niderlandlı yarımmüdafiəçinin satışından 50-60 milyon avro qazanmağı gözləyirlər.

Vəziyyət De Yonqun yüksək maaşı üzündən mürəkkəbdir, hazırda heç kim bunu ödəməyə hazır deyil. “Barselena” onun satılması ilə maliyyə durumunu yaxşılaşdırmağa ümid edir.

27 yaşlı futbolçu bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button