“Barselona” misirli futbolçunu Levandovskinin varisi kimi görür

Frankfurt “Ayntraxt”ının hücumçusu Ömər Marmuşla Avropanın daha bir top-klubu maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” misirli futbolçunun oyununu izləyir və onu Robert Levandovskinin potensial varisi kimi görür.

La Liqa klubu 25 yaşlı futbolçu üçün təxminən 60 milyon avro təklif etməyə hazırdır. Amma onu almaq asan olmayacaq, çünki digər yüksək statuslu klublar olan “Liverpul” və “Arsenal” da futbolçu üçün yarışır.

Ömər Marmuş Bundesliqada keçirdiyi 10 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button