
“Barselona” serbiyalı hücumçu ilə maraqlanır
“Barselona” “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, kataloniyalılar serbiyalı futbolçunu Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir.
“Barselona” yay transfer pəncərəsində Vlahoviçi transfer edə bilər. 25 yaşlı forvardın dəyəri 60 milyon avrodur. O, İtaliya çempionatının cari mövsümündə 20 oyun keçirib, 9 qol vurub. Onun “Yuventus”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin