
“Barselona”nın Rafinya planı
“Barselona” bu mövsüm parlaq oyun nümayiş etdirən braziliyalı vinger Rafinya Diası heyətində saxlamaq niyyətindədir.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, kataloniyalıların idman direktoru Deku yay transfer pəncərəsinin açılışından əvvəl prioritet hədəfini müəyyənləşdirib. Klubun futbolçunu itirməkdən qorunmaq üçün onunla müqavilənin müddətini uzatmaq istədiyi deyilir.
28 yaşlı oyunçu bu mövsüm 41 oyunda 27 qol vurub və 19 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



