
“Barselona” Desti icarəyə göndərdi
“Barselona” futbolçusu Serjinyo Desti icarəyə göndərib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Niderland təmsilçisi PSV-də forma geyinəcək.
Müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. PSV amerikalı oyunçunu almaq hüququna malikdir.
Dest 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin