“Barselona” icarəyə vermək istəyir – 40 milyon avroya aldığı hücumçunu
“Barselona”nın gələn mövsüm hücumçu Vitor Roke üçün ümidi yoxdur.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar braziliyalı futbolçunu icarəyə vermək istəyirlər. Eyni zamanda, Roke özü də komandada qalmağa və ya daimi olaraq ayrılmağa razıdır.
19 yaşlı forvard yanvar ayında “Atletiko Paranaense”dən “Barselona”ya keçib. Onun transfer məbləği 40 milyon avro olub. O, kataloniyalıların heyətində 16 oyun keçirib və 2 qol vurub. Rokenin “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin