
“Barselona” 80 milyon avroluq futbolçunu “qaralayıb”
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş İspaniya çempionatına keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barselona” 27 yaşlı futbolçunu sıralarına qatmaq istəyir.
Kataloniya klubu braziliyalı oyunçuya komandadan ayrıla biləcək niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun əvəzləyicisi kimi baxır.
Gimarayeşin bazar dəyəri 80 milyon avro qiymətləndirilir. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 27 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



