“Barselona” hələ də onun transferini düşünür

“Barselona” İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyamsın transferini nəzərdən keçirir.

Komanda.az xəbər verir ki, bu barədə “El Chiringuito de Jugones” nəşri məlumat yayıb.

22 yaşlı futbolçu “Barselona” üçün sıradan bir variant deyil, klub onu həm potensialı, həm də oyun tərzi baxımından çox bəyənir. Onun oyunu klubun sisteminə mükəmməl uyğundur. Yaxın həftələrdə bu keçidlə bağlı irəliləyişlərin ola biləcəyini vurğulanır.

Əvvəlki məlumatlara görə, “Barselona” yayda maliyyə problemlərinə və hücum xəttinin güclü olmasına görə Uilyamsı almamağa qərar vermişdi.

Uilyams 2024/25 mövsümündə La Liqada 29 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button