
“Barselona” Busketsə əvəzedici tapıb
“Barselona” “Feyenoord”un yarımmüdafiəçisi Mats Vifferi almaqda maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi niderlandlı futbolçunu keçmiş yarımmüdafiəçisi Serxio Busketsin əvəzedicisi kimi görür.
Viffer bu mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. 24 yaşlı futbolçunun “Feyenoord”la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin