
“Barselona” Reşforda görə əlavə pul ödəməyəcək
“Barselona” icarəyə götürdüyü Markus Reşfordu almayacağı halda “Mançester Yunayted”ə pul ödəməyəcək.
27 yaşlı forvard 2025/26 mövsümü üçün onu 30 milyon avroya almaq şərti ilə “Mançester Yunayted”dən icarəyə götürülüb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, mediada yayılan şayiələrin əksinə olaraq, “Barselona” ingiltərəli futbolçunun satın alma şərtini aktivləşdirməmək qərarına gələrsə, müqavilədə 5 milyon avroluq cərimə ilə bağlı heç bir bənd yoxdur.
Reşfordun bu mövsüm “Barselona”da vergilərdən əlavə 14 milyon avro qazanacağı bildirilir. O, transferdən sonra maaşını azaltmağa razılaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin