“Barselona” fransalı futbolçunu icarəyə götürmək istəyir

PSJ-nin vingeri Bredli Barkola karyerasını “Barselona”da davam etdirə bilər.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, kataloniyalılar Xviça Kvaratsxeliyanın gəlişindən sonra oyun müddətinin azlığından qorxan fransalı futbolçuya maraq göstərirlər.

“Barselona” Barkolanı almaq şərti ilə icarəyə götürmək imkanını nəzərdən keçirir.

22 yaşlı yarımmüdafiəçi bu mövsüm PSJ-nin heyətində 33 matçda meydana çıxıb, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun parislilərlə müqaviləsi 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button