“Barselona” ondan çox narazıdır – Agentinə xəbərdarlıq etdilər
“Barselona” bu yay hücumçusu Martin Breytveytlə yollarını ayırmağa hazırlaşır.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 30 yaşlı danimarkalı futbolçu özü isə klubdan ayrılmaq istəmir və danışıqlara mane olur.
Kataloniya klubu futbolçunun davranışından son dərəcə narazıdır. “Barsa rəhbərliyi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Agentə xəbərdarlıq edilib ki, Breytveyt danışıqları sabotaj etməyə davam edərsə, ona qarşı sərt sanksiyalar tətbiq edə bilərlər.
Breytveyt 2021/22 mövsümündə La Liqada 4 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin