“Barselona” Reşfordu icarəyə götürmək istəyir

“Mançester Yunayted”in hücumçusu Markus Reşford tezliklə “Barselona”ya keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniyaya köçmək üçün maaşını azaltmağa hazır olduğu deyilən 27 yaşlı futbolçunu “Barsa” icarəyə götürməyi planlaşdırır.

“Barselona” son illərdə ingiltərəli forvardın uyğunluğuna dair şübhələrə baxmayaraq, onun baş məşqçi Hans-Diter Flikin hücum yönümlü oyun üslubunda inkişaf edə biləcəyinə inanır.

Reşford bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 24 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button