“Barselona” ona görə 3 futbolçusunu satmağa hazırdır

İspaniya millisinin və “Atletik”in hücumçusu Niko Uilyams “Barselona”nın transfer hədəfidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu ilə müqavilə imzalamaq üçün “Barsa” bəzi futbolçuları ilə ayrılmağa hazırdır.

Bu siyahıda yarımmüdafiəçilər Frenki de Yonq və Rafinya, həmçinin müdafiəçi Ronald Arauxo yer alıb.

Uilyams ötən mövsüm “Atletik”in heyətində 37 oyun keçirib, 8 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun Bilbao klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button