“Barselona” nigeriyalı hücumçu üçün 50 milyon avro ödəməyə hazırdır

Nigeriya millisinin və “Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını La Liqada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

“Barselona” afrikalı forvardın transferində maraqlıdır. Klub rəhbərliyi Lukmanın müqaviləsində göstərilmiş 50 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

27 yaşlı futbolçunun “Atalanta” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarınadək qüvvədədir. O, cari mövsümdə A Seriyasında 28 oyun keçirib və 13 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button