“Barselona”nın Olmo ilə bağlı problemi yarana bilər

“Barselona” rəhbərliyi komandaya yeni gələn Dani Olmonu yalnız bu ilin sonuna kimi qeydiyyatdan keçirə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu yeni oyunçuların qeydiyyatı ilə bağlı problemləri həll edə bilməsə, ispaniyalı futbolçu yanvarın 1-də komandanın iştirak ərizəsindən kənarlaşdırılacaq.

Daha əvvəl “Barselona” Olmonu Andreas Kristensenin zədəsi səbəbindən qeydiyyatdan keçirə bilib.

26 yaşlı futbolçu bu ilin yayında Kataloniya klubuna keçib və 6 illik müqavilə imzalayıb. O, bu La Liqa mövsümündə iki oyun keçirib və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button