Rüdiger “Barselona”ya keçmək istəyir

“Çelsi” ilə yeni müqavilə imzalamayan Antonio Rüdiger “Barselona”ya keçə bilər.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Barselona” “Çelsi” ilə müqaviləsi başa çatacaq Rüdigerlə danışıq aparıb. Almaniyalı müdafiəçi özü də “Barselona” ilə müqavilə imzalamaqda maraqlıdır.

Rüdigerin “Çelsi” ilə müqaviləsi bu ilin yayında başa çatır. 

29 yaşlı futbolçu cari mövsümdə “zadəganlar”la 42 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button