“Barselona” Niderland millisinin üzvünü istəyir

PSV və Niderland millisinin yarımmüdafiəçisi Jerdi Şouten Avropanın bəzi klublarının “radar”ındadır.

Komalda.az “Transfer News”-a istinadən xəbər verir ki, “Barselona” da bu klubların siyahısındadır.

PSV 27 yaşlı futbolçusu üçün 30-35 milyon avrodan çox tələb edəcək.

Şouten 2023-cü ilin yayından PSV-də çıxış edir. O, bu klubda keçirdiyi 46 rəsmi oyunda 5 qol vurub.

Şouten bu yay Niderland millisinin heyətində Avropa çempionatında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button