“Barselona” “Napoli”yə qalib gələ bilməsə…

“Barselona”nın baş məşqçisi Xavi komandası martın 12-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Napoli”yə qalib gələ bilməsə, postundan qovula bilər.

Komanda.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin məlumatına görə, “Barsa”nın rəhbərliyi üçün komandanın Çempionlar Liqasının 1/4 finalına yüksəlməsi son dərəcə vacibdir, çünki bu, klubun statusuna təsir edir və əlavə vəsait əldə etməyə imkan verir.

“Barselona”nın “Napoli” ilə ilk oyunu 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi.

Xavi yanvarın sonlarında cari mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button