“Barselona” müqaviləmi uzatmaq istəsə, qalacam”

“Barselona”nın müdafiəçisi İniqo Martines gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu müqaviləsinin son ilində olduğunu və “Barselona”nın onu uzatmaq istəsə, qalacağını bildirib:

“Mən müqaviləmin son ilindəyəm və “Barselona” onu uzatmaq istəsə, qalacam. Yoxsa, xoşbəxt ayrılacam, çünki dünyanın ən yaxşı klubunda oynamış olduğumu deyə biləcəm”.

33 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi gələn ilin ortalarında başa çatacaq. Kataloniya klubunun rəhbərliyinin təcrübəli müdafiəçini saxlayıb-saxlamayacağı bəlli deyil.

Martines 2023-cü ilin yayından “Barselona”da çıxış edir. O, cari mövsümdə Hans-Diter Flikin komandasında 13 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button