Di Mariyanın “Barselona”ya keçidi niyə alınmayıb?

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya karyerası ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Lequipe”yə danışan argentinalı futbolçu, 2017-ci ildə “Barselona”dan təklif aldığını etiraf edib:

“Parisdə çox xoşbəxt idim, amma həmin vaxt klubdakı insanlar mənə yanlış olan şeylər deyirdi. “Barselona” məni heyətində görmək istəyirdi. İki klub bu məsələni müzakirə etdi, amma PSJ məni satmaq istəmədi və danışıqlar başa çatdı. Bu məsələ məni çox hirsləndirdi, amma sonda komandadan ayrılmamağım çox yaxşı oldu, çünki bu gün burda xoşbəxtəm.

Avropadakı karyeramı PSJ-də bitirmək istəyirəm. Yeni müqavilə ilə bağlı müzakirələr başladılmayıb və hazırda niyyətim bu deyil. Futbola köklənmək istəyirəm”.

2015-ci ildən PSJ-nin şərəfini qoruyan 32 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button