“Barselona” məhkəməyə verilir – futbolçusuna görə
Argentinanın “Boka Xuniors” klubu “Barselona”nı məhkəməyə verməyə hazırlaşır.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, bu barədə Argentina klubunun prezidenti Amor Ameal məlumat verib. O, Kataloniya klubunun bu ilin fevralında “Boka Xuniors”dan transfer etdiyi Santyaqo Ramos Minqonun keçidi ilə bağlı “Barsa”dan məhkəməyə şikayət edəcəklərini bildirib:
“Ramosun məsələsi ilə bağlı klubu məhkəməyə verəcəyik. Bu futbolçunun üzərində bizim hüquqlarımız var. “Barselona”nın etdiyi barbarlıqdır”.
Klub rəsmisi “Barselona”nın keçidlə bağlı əvvəldən müəyyənləşdirilən qaydalara əməl etmədiyini bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin