“Barselona” Fatiyə görə başına döyməlidir
“Barselona” 2020-ci ildə hücumçu Ansu Fatini sataraq yaxşı pul qazana bilərmiş.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, bir neçə il əvvəl “Mançester Yunayted” ispaniyalı forvardla fəal maraqlanırdı. “Qırmızı şeytanlar” Fatiyə görə “Barsa”ya 100 milyon avro təklif edib. Lakin Kataloniya klubunun rəhbərliyi onu satmaqdan imtina edib.
İndi Fatinin 21 yaşı var. O, uzun müddətdir ki, Kataloniya nəhənginin start heyətindən çıxıb və icarə əsasında çıxış edib. Onun hazırkı bazar dəyəri 25 milyon avrodur və klubla müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin