ÇL: “Barselona” bu göstəricidə ən pis mövsümünü keçirib

“Barselona” UEFA Çempionlar Liqasında müdafiə baxımından ən pis mövsümünü keçirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya komandası müdafiə oyununun etibarlılığına görə klub antirekordu vurub. Komanda cari Çempionlar Liqası mövsümündə 24 qol buraxıb (7-si yarımfinalda “İnter”lə, daha 5-i isə “Benfika” ilə 3 matçda) və bu, klub tarixində ən pis nəticədir.

“Barsa”nın əvvəlki antirekordu 1999/2000-ci il mövsümünə aid olub. Komanda o zaman 23 qol buraxıb və həmçinin, ÇL-in yarımfinal mərhələsində “Valensiya”ya uduzaraq (1:4, 2:1), mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button