“Barselona” Qarsiya və Martines arasında seçim edib
“Barselona” yay transfer pəncərəsində hansı müdafiəçini satmaq istədiyinə qərar verib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub rəhbərliyi Erik Qarsiya və İniqo Martines arasında seçim edib.
Belə ki, Qarsiya gənc olduğu üçün “Barselona” Martinesdən yaxa qurtarmaq qərarına gəlib. 22 yaşlı müdafiəçi həm də daha çoxyönlü futbolçudur və Martinesdən az maaş alır.
Qarsiya ötən mövsümü “Jirona”da icarə əsasında keçirib və komandanın İspaniya çempionatında 3-cü yeri tutmasına kömək edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin