
“Barselona” çıxış yolu axtarır
Alexandro Balde və Jül Kundenin bu mövsümdəki çıxışı “Barselona” rəhbərliyində ciddi narahatlıq yaradıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı ispaniyalı və 27 yaşında olan fransalı müdafiəçinin oyun səviyyəsindən məmnun deyil.
Hesab edilir ki, hər iki futbolçu ötən mövsüm daha sabit və inamlı təsir bağışlayırdı. Buna görə də, “Barselona” problemin həlli üçün variantlar üzərində düşünməyə başlayıb.
Xüsusilə, Baldenin oyunundakı geriləmənin müdafiənin sol cinahında rəqabətin azlığı ilə bağlı olduğu bildirilir.
“Barselona”nın gələn il öz yetirməsi olan və hazırda Leverkuzen “Bayer”ində parlayan Alexandro Qrimaldonu geri qaytarmaq ehtimalı da gündəmdədir. Almaniya klubunun oyunçusu 15–20 milyon avroya transfer oluna bilər.
Bizi Facebook-da izləyin



