“Barselona” müdafiənin sağ cinahına onu almaq istəyir

“Torino”nun futbolçusu Vilfrid Stefan Sinqo müdafiənin sağ cinahını gücləndirmək niyyətində olan “Barselona”nın maraq dairəsindədir.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

21 yaşlı Sinqo 2019-cu ilin yanvarında İtaliya komandasına qoşulub. Fil Dişi Sahilindən olan futbolçu “Torino”nun heyətində 80 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Tərəflər arasında hazırkı müqavilə bu mövsümün sonuna kimi hesablanıb.

“Barselona” bütün yay transfer pəncərəsi boyunca sağ cinah müdafiəçisi axtarırdı. Kataloniya klubu ən son variantlardan biri hesab edilən Hektor Belerini azad agent kimi ala bildi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button