
“Barselona” millinin kapitanını transfer etmək istəyir
“Barselona” Uruqvayın U-20 millisinin kapitanı Fabrisio Diazla maraqlanır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu “Liverpul Montevideo”nun yarımmüdafiəçisinin transferində maraqlıdır. Artıq klub rəhbərliyi futbolçunun agenti ilə görüş keçirib.
“Global Deportivo”nun məlumatına görə, “Barsa” yarımmüdafiəçini 8 milyon avroya transfer etməyə razılaşıb. Klub Diazın ikinci komandada oynamağa başlamasını planlaşdırır.
“Barselona” mayın 20-də start götürəcək gənclər arasında dünya çempionatı başlamazdan əvvəl Diazın transferini həll etmək istəyir. Futbolçu ilə “Flamenqo” və “River Pleyt” də maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin