
“Barselona” Almaniya millisinin üzvü ilə maraqlanır
Dortmund “Borussiya”sının və Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek La Liqada oynaya bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Barselona” maraqlanır.
Kataloniya klubu Şlotterbekin transferi üçün təxminən 40 milyon avro ödəməyə hazırdır. Almaniyalı müdafiəçinin Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Şlotterbek Bundesliqanın cari mövsümündə 6 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


