![](https://komanda.az/wp-content/uploads/2024/01/leao-780x470.jpg)
“Barselona” çıxış yolu axtarır – Portuqaliyalı hüçumçunu almaq üçün
“Barselona” “Milan”ın vingeri Rafael Leao ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu İtaliya klubu tərəfindən 100 milyon avro dəyərində qiymətləndirilir və bu məbləğ Kataloniya klubu üçün əlçatmaz olduğundan, “pul+oyunçu” formatında razılaşma təklif oluna bilər. Leaonun, eyni zamanda, “Barselona”nın prezidenti Xuan Laportanın əsas hədəflərindən biri olduğu bildirilir.
Portuqaliyalı futbolçu bu mövsüm 31 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin