“Barselona”nın “10 nömrə”si o olacaq

“Barselona”ya icarədən qayıdan hücumçu Ansu Fati yeni mövsüm üçün oyun nömrəsini öyrənib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı futbolçudan argentinalı forvard Lionel Messinin daha əvvəl “Barsa”da geydiyi “10 nömrə”ni almamaq qərarına gəlib.

Ansu Fati ötən mövsüm İngiltərənin “Brayton” klubunda icarə əsasında çıxış edib. O, Premyer Liqada 19 matçda iştirak edib, 2 qol vurub. Forvardın “Barselona” ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. “Transfermarkt” onun dəyərini 25 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button