“Barselona” Messinin məvacibini azaldır
İspaniyanın “Barselona” klubu hücumçusu Lionel Messinin məvacibini azaltmağa hazırlaşır.
Komanda.az “El Chiringuito”ya istinadən xəbər verir ki, klub prezidenti Xosep Maria Bartomeu tezliklə bu barədə argentinalı futbolçuya məlumat verəcək. Bu qərar, futbolçunun hazırkı müqaviləsinə uyğun olaraq qəbul ediləcək.
Messinin aylıq məvacibinin 8,3 milyon avro olduğu bildirilir. Onun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin