“Barselona” meksikalı məşqçiyə yeni müqavilə təklif edib
“Barselona”nın ikinci komandasının baş məşqçisi Rafael Markes klubdan təklif alıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, meksikalı mütəxəssis Xavinin qovulmasından sonra “Barsa”nın əsas komandasının baş məşqçisi olmaq istəsə də, klub daha təcrübəli Hans-Diter Flikə üstünlük vermək qərarına gəlib.
Bununla belə, “Barselona” Markesi saxlamaq istəyir. 45 yaşlı mütəxəssisə maaşı artırılmaqla yeni müqavilə təklif olunub. Onun hazırkı müqaviləsi bu ayın sonunda başa çatır.
Keçmiş müdafiəçi 2022-ci ilin yayından “Barselona”nın əvəzedici komandasını çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin