“Barselona” “Mançester Yunayted”in futbolçusunu icarəyə götürə bilər

“Mançester Yunayted”in hücumçusu Ceydon Sanço karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” oyunçunu daimi olaraq sata bilməsələr, o, yenidən icarəyə getməli olacaq. “Barselona” belə bir müqavilənin baş tutmasında maraqlıdır. Kataloniya klubunun problemi onların Sançoya böyük maaş verməyə imkan verməyən maddi durumudur. Bununla belə, Sanço, Hans-Diter Flikin baş məşqçisi olduğu komandaya keçmək üçün maaşının az olmasına razılaşa bilər.

Futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında Dortmund “Borussiya”sında keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button