“Barselona” mənim sevimli komandamdır” – “Bayern”in futbolçusu
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala “Barselona”ya sevgisindən danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Barselona” mənim sevimli komandamdır. Xavi, İnyesta və Busketslə yarımmüdafiə xətti məni valeh edirdi. Mən onların oyunlarına təkrar-təkrar baxa bilərdim”.
“Barselona” 18 turdan sonra 38 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu növbəti matçını dekabrın 21-də “Atletiko”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin