“Barselona” mənə qeydiyyatımın tezliklə başa çatacağını söyləyib”

“Barselona”nın yeni qapıçısı Xuan Qarsiya mövsümə qeydiyyatda yaranan problemlərlə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Klub mənə qeydiyyatımın tezliklə və heç bir problem olmadan başa çatacağını söyləyib”.

Daha əvvəl Kataloniya klubunun rəhbərliyinin maliyyə problemləri səbəbindən ispaniyalı futbolçunu oyunlara cəlb edə bilməyəcəyi bildirilib.

“Barselona” Qarsiyanı yay transfer pəncərəsində 25 milyon avroya “Espanyol”dan alıb. 24 yaşlı qolkiper İspaniya çempionatının yeni mövsümündə ilk oyununu avqustun 16-da “Malyorka” ilə oyunda keçirə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button